Ана ватаным текст песни

Обновлено: 19.09.2024

palwan18

Добавлено palwan18 в ср, 03/09/2014 - 23:34

перевод на Азербайджанский Азербайджанский

Ana Vətənim

Ürəyimdə coşar dənizlərin.

Könlümü bürüyər kədərlərin.

Qəlbim hey eşqindən yanar, sızlayar, ağlayar gecələri,

Qızıl beşiyim - Qırım torpağım!

Uşaqlıqdan sevmişəm çöllərini,

Sənin daim azad sərin yellərini.

Məni qucağına al sanki doğma övladını,

Qızıl beşiyim - Qırım torpağım!

Sən bir dənəsən, Ana Vətənim,

Mənim Qırımım, dünyada.

Səni sevirəm, Ana Vətənim,

Mənim Qırımım, hər yerdə.

Yaşıl dağlar, hikmətli qayalar,

Tariximiz, dilimizi saxlayar,

Dalğalansın göydə milli damğa bayrağımız,

Çiçək açsın Ana torpağımız!

Qəlbim səninlə yanar,

Qüvvət verir damğan, bayrağım,

Əsl oğlun sənin - qırımtatar,

Öz könlündə atəşini yandırar.

Sən bir dənəsən, Ana Vətənim,

Mənim Qırımım, dünyada.

Səni sevirəm, Ana Vətənim,

Mənim Qırımım, hər yerdə.

Добавлено 322395062 в сб, 03/03/2018 - 03:59

Raziye Seytablayeva: Топ 3

Комментарии

    или зарегистрируйтесь, чтобы получить возможность отправлять комментарии

Music Tales

Read about music throughout history

О переводчике

Роль: Super Member

Языки: свободно Азербайджанский, Английский, Французский, Русский, изучал(а) Греческий, Латинский, Другое, Персидский, Испанский, Tat, Турецкий

Читайте также: