Хаятим чок текст песни
Обновлено: 22.12.2024
Həyatin çox çətin anları var.
Yolunun eniş yoxuşları var.
Soyuğu boranları qarı var,
Hər qışın sonda bir baharı var.
Sevgidir nurlu ümid yolumuz,
Tikanlı olsada sağ solumuz.
Həyat oyunundaki rolumuz,
Qovuşan iki aşiq sonumuz.
Bir azca səbr elə canım mənim,
Qarşıda sənlə gözəl günlərim.
Arzularım çox inamım mənim,
Sənə bağlı bütün ümidlərim.
Belədir qış dalınca yaz olar,
Pis günün ömrü dedilər az olar,
Durular sular bulanmaz olar,
Qara günlər ağ bəm-bəyaz olar.
Bu həyat mənalıdır, deyil boş,
Mənzil xoş olar niyyətimiz xoş.
Könlümüz olsa eşq ilə sərxoş,
Keçəcək birgə illərimiz xoş.
Читайте также: